Sizin link burada

“Keşlə”nin şübhələndiyi oyunlar – SİYAHI

“Keşlə”nin futbolçuları Nizami Hacıyev və Mirhüseyn Seyidovun iştirak etdiyi şübhəli oyunların siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi oyunçularının II dövrədəki çıxışlarından şübhə edib.

 

Klub yaydığı rəsmi bəyanatda Hacıyev və Seyidovun Premyer Liqanın son 5-6 görüşdəki hərəkətlərini xüsusi vurğulayıb. Həmin oyunlar isə II dövrəyə təsadüf edir və “Keşlə” onların hamısında meydanı məğlub tərk edib. Paytaxt təmsilçisi bu dövrədə yalnız “Qəbələ” ilə qarşılaşmayıb ki, həmin görüş də XIV turda baş tutacaq.

 

Mirhüseyn Seyidov bu görüşlərin hər birində meydana çıxıbsa, Nizami Hacıyev 4 qarşılaşmada iştirak edib və 1 qola imza atıb.

 

“Keşlə”nin ölkə çempionatındakı son 6 oyunu:

 

VIII tur

“İnter” – “Qarabağ” – 0:2

Mirhüseyn Seyidov – 90 dəqiqə

Nizami Hacıyev – adı iştirak ərizəsində olmayıb

 

IX tur

“Səbail” – “İnter” – 1:0

Mirhüseyn Seyidov – 90 dəqiqə

Nizami Hacıyev – adı iştirak ərizəsində olmayıb

 

X tur

“Keşlə” – “Kəpəz” – 0:2

Mirhüseyn Seyidov – 60 dəqiqə

Nizami Hacıyev – 90 dəqiqə

 

XI tur

“Sumqayıt” – “Keşlə” – 3:1

Mirhüseyn Seyidov – 10 dəqiqə

Nizami Hacıyev – 90 dəqiqə, 1 qol

 

XII tur

“Keşlə” – “Zirə” – 0:1

Mirhüseyn Seyidov – 38 dəqiqə

Nizami Hacıyev – 52 dəqiqə

 

XIII tur

“Neftçi” – “Keşlə” – 3:1

Mirhüseyn Seyidov – 90 dəqiqə

Nizami Hacıyev – 58 dəqiqə

LENT

11 Dekabr 2017

Digər xəbərlər >>>