Sizin link burada

İzzət Bağırzadə film çəkib: "Faciədir"

Müğənni İzzət Bağırzadə film çəkib.

 

Lent.az-ın məlumatına görə, ifaçı bu barədə “Hər şey daxil” verilişində danışıb: “Neçə müddət idi ki, başım film çəkilişlərinə qarışmışdı. Ötən bazar filmin bütün çəkilişlərini yekunlaşdırdıq. Yeni film ortaya çıxartdıq. İnşallah, yanvar ayında təqdimat keçirəcəyik. Təqdimatdan sonra film kinoteatrlarda yayımlanacaq. Mənə deyirlər ki, rejissorluq edirsən. Mən rejissorluq eləmirəm. Özüm İncəsənət Universitetində musiqili komediya fakültəsini bitirmişəm.  Müəllimlərim Yaşar Nuriyev, Azər Mirzəyev, Şəfiqə Məmmədova olub. Yəni demək istəyirəm ki, rejissorluq etmirəm, filmin ssenarisini özüm yazıram. Mənim bundan öncə çəkdiyim “Ayrılıq imiş” filmim dram janrında idi. Amma təqdim edəcəyim bu film faciədir”. 

LENT

11 Dekabr 2017

Digər xəbərlər >>>