Sizin link burada

Prodüser Təranə: "Qızımın rəqqasə olmasını istəmərəm" - VİDEO

Tanınmış prodüser Təranə Səmədova övladı barədə danışıb. Lent.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişində qonaq olan prodüser bildirib ki, gələcəkdə qızı Sueli rəqqasə kimi görmək istəmir: “Ana olandan sonra evimə dostlarımın axınının üstündən xətt çəkdim. Məsələn, ana olana qədər 24 saat bütün dostlarıma qapım açıq ola bilərdi. Övladım hələ ki, uşaqdır, deyir ki, vizajist olacam. Amma riyaziyyatı yaxşı bilir, savadlıdır. Bu da gendən gəlir. Amma gələcəkdə baxacam ki, hansı profildə daha uğurludur, o yönə də istiqamətləndirəcəm. Amma çox istərdim ki, ciddi bir sənətin sahibi olsun. Şou-biznesdə olmasını heç istəməzdim. Rəqsə getmək istəyir, deyirəm ki, bədəninin elastikliyi üçün səni rəqsə qoyacam, amma sabah mənə demə ki, rəqqasə olmaq istəyirəm. Rəqqasələrə hörmətim böyükdür, amma öz övladımı rəqqasə görmək istəmərəm. Bu sənətin hər tərəfini bilirəm deyə razı deyiləm. Hətta kütlənin də o insanlara qarşı münasibətini bilirəm deyə qızımın rəqqasə olmasını istəməzdim”.

 

T. Səmədova onu da əlavə edib ki, qızının prodüser də olmasını istəmir: “Mənə elə gəlir ki, Azərbaycanda prodüser bazarı artıq tükənib. 5-6 prodüser var. Bizdən sonra kim gəldi ki? Bundan sonra bu sahə də tükənəcək. Ona görə də qızımı bu sahədə görmək istəmirəm”.

LENT

11 Dekabr 2017

Digər xəbərlər >>>