Sizin link burada

Klublararası dünya çempionatının bütün iştirakçıları bilindi

Dekabrda Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək futbol üzrə klublararası dünya çempionatının bütün iştirakçıları məlum olub.

 

APA-nın xəbərinə görə, noyabrın 30-a keçən gecə Braziliyanın “Qremio” klubu Libertadores Kubokunun finalında Argentinanın “Lanus” klubunu üstələyərək turnirə son vəsiqəni təmin edib.

 

Beləliklə klublararası dünya çempionatı-2017-də aşağıdakı komandalar iştirak edəcək:

“Real” (İspaniya)
“Qremio” (Braziliya)
”Urava Red Daymonds” (Yaponiya)
“Vidad” (Mərakeş)
”Paçuka” (Meksika)
”Oklend Siti” (Yeni Zelandiya)
:Əl-Cəzirə” (BƏƏ).

 

Çempionatın yarımfinal matçları dekabrın 12-13-də, üçüncü yer uğrunda görüş və final isə dekabrın 16-da baş tutacaq.

 

Qeyd edək ki, futbol üzrə klublararası dünya çempionatı 2000-ci ildən etibarən keçirilir. İndiyədək turnirdə 9 dəfə Avropa, 4 dəfə isə Cənubu Amerika təmsilçiləri qalib qəlib. 

LENT

11 Dekabr 2017
10 Dekabr 2017
09 Dekabr 2017

Digər xəbərlər >>>