Sizin link burada

Xalq artisti əsgərlər üçün oxudu - FOTOLAR

Xalq artisti Faiq Ağayev Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının N saylı hərbi hissəsində konsert proqramı ilə çıxış edib.

 

Lent.az-ın məlumatına görə, F.Ağayev əsgərlər üçün sevilən mahnılarını səsləndirdiyini bildirib: “Dünən Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının N saylı hərbi hissəsində əziz əsgər və zabitlərimizin qarşısında konsert proqramı ilə çıxış etdim. Bu səmimi görüş mənə bir ümman doğmalıq, sayqı, rəğbət bəxş etdi. Qoşunların komandanlığına, hərbi hissənin rəhbərliyi və şəxsi heyyətinə bu qiymətli, əvəzsiz münasibətə görə qəlbən minnətdaram. Ömürlük həkk olundunuz ürəyimə. Doğmalarım kimi! Allah Azərbaycan əsgər və zabitlərini qorusun!”.

 

Qeyd edək ki, konsertdə xalq artisti ilə birlikdə müğənnilər Fərid Həsənov, Həcər Əliyeva, Hüseyn Abdullayev də çıxış edib.

LENT

11 Dekabr 2017

Digər xəbərlər >>>