Sizin link burada

Təranədən QALMAQALLI AÇIQLAMA: ""Nömrə 1" həmkarım bunlardı"

Prodüser Təranə Səmədova özünə “Nömrə 1” deyən həmkarlarını tənqid edib. Lent.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan prodüser bildirib ki, bəzi həmkarları əsassız yerə özünü “Nömrə 1” hesab edir: “İndi təmkinlə bir açıqlama verəcəm, o da səsə-küyə səbəb olacaq. “Nömrə 1”-i heç kim təyin edə bilməz. “Nömrə 1” olan insanın işi də birinci olmalıdır. Əgər mənim adım bir neçə prodüserlər arasında 1-ci çəkilirsə, bunun səbəbi nə qalmaqallardı, nə də səs-küyüm. Səbəb yalnız gördüyüm işlərdir. Bir prodüser müğənninin istedadını görüb, onu düzgün istiqamətləndirməyi bacarırsa, deməli bu “Nömrə 1”lər sırasına daxil olmağa layiqdir. Amma indi kimsə durub desin ki, “Nömrə 1” mənəm. Halva-halva deməklə ağız şirin olmur. Mən abrımla hərəkət edirəm. Azərbaycan şou-biznesində mən-mən deyərək ucalanlar var. Amma üzünü arxaya çevirəndə hamı gülür. Səmimi dostluqları yoxdursa, arxamı çevirəndə mənə güləcəklərsə, mənə o cür olmaq lazım deyil”.

 

 

 

Aparıcının “sənin üçün “Nömrə 1” prodüser kimdir?” sualına T.Səmədova bu cür cavab verib: “İllərdir ki, Nigar Hacızadə xalq artisti Zülfiyyə Xanbabayeva ilə çalışır. Onu dəstəkləyirəm. Tünzalə Ağayeva ilə çalışan Yalçın Cabbarovun da işini bəyənirəm. Uzun müddətdir ki, hamı Vaqif Gərayzadəyə prodüser deyir, amma mən o insanı böyük məktəb adlandırardım. O, istedadlı insanlara dəstək olub. Vaqif müəllif indiki şou-biznesin etikası ilə ayaqlaşacaq insan deyil. Çox mədəni, dahi insandır. Xeyli vaxtdır Miri Yusiflə işləyən Emil Əfəndini bəyənirəm. Artıq Miri Yusif bir brendə çevrilib. Anar Mədətovu da bəyənirəm. Böyük layihələrə imza atıb. Bu siyahıda mənimlə Tolikin də adı hallanır. Amma mən xeyli müddətdir ki, heç bir müğənni ilə işləmirəm deyə özümə prodüser deməyə utanıram. Hazırda aparıcılıqla məşğulam. Belə açıqlama verəndən sonra bəzi prodüserlər yığıb mənə deyirlər ki, mənim adımı niyə çəkmədin? Amma mən hazırda illər öncə işləmiş Namiq Qafarovun, Mədinə Məlikin, Roland Bayramovun, Sayqa Cahidin və yaxud da özümün adımı necə prodüser adlandıra bilərəm ki?”.

 

 

 

LENT

11 Dekabr 2017

Digər xəbərlər >>>