Sizin link burada

Elçin həmkarlarını tənqid etdi: “Bu, kişiyə yaraşmır” - VİDEO

Müğənni Elçin Cəfərov həmkarları arasında özünə “Ən zövqlü kişi müğənnisi” və “Nömrə 1” deyən müğənniləri tənqid edib . Lent.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan ifaçı bildirib ki, o, bu cür həmkarlarını qınayır: “Ümumiyyətlə, “Mənəm-mənəm” demək nə qadına, nə də kişiyə yaraşır. Çünki düzgün bir şey deyil. Bəzi məqamlar var. Məsələn, bir gün biri yaxşı görsənir, o demək deyil ki, sən ən zövqlüsən. Əsas odur ki, insanlar bir müğənnini görəndə desinlər ki, bu, səliqəli geyinir. Bu sözlər qalmaqal üçün nəzərdə tutulubsa, çox səhv addımdır. Siz şəhərə çıxsanız, görərsiniz ki, şəhərdəkilər müğənnilərdən də yaxşı geyinirlər”.  

 

 

 

LENT

11 Dekabr 2017

Digər xəbərlər >>>