Sizin link burada

Nadir Qafarzadə bu işə görə müflis oldu - VİDEO

Müğənni Nadir Qafarzadə bir müddət öncə ifa etdiyi “Milyon roz” mahnısına Şamaxıda klip çəkdirib. Lent.az-ın məlumatına görə, sözləri İlya Reznikə, musiqisi Raymond Paulsa məxsus olan mahnıya yeni ekran həyatını rejissor ER-Togrul verib. Yeni ekran işindən danışan N.Qafarzadə bildirib ki, bəstəni özünə məxsus oxuyub: “Bilirsiniz ki, bu mahnı Alla Puqaçovanın repertuarında sevilib. Mən də fərqli aranjemanda mahnıya nəfəs verdim. İndi bir çoxları soruşacaq ki, klipə nə qədər pul xərcləmisiniz? Mən də deyərdim ki, bütün var-dövlətimi bu işdə batırdım. Müflis oldum. Bütün bunlar boşdu. Ən əsası yekunda yaxşı bir klip alındığını deyə bilərəm. Buna görə də başda rejissor ER-Toğrul olmaqla, ekran işində əziyyəti keçən bütün komandaya təşəkkürümü bildirirəm”.

 

Qeyd edək ki, klipin operatoru Şahmar Səfəroğlu, montajçısı Nail Babayevdir. N.Qafarzadənin tərəf müqabili  aktrisa Aydan olub. Qrim işlərini isə Palina Tkocenko edib. 

LENT

11 Dekabr 2017

Digər xəbərlər >>>