Sizin link burada

Könül Kərimovanın qızının - TOYUNDAN İLK FOTOLAR

Müğənni Könül Kərimova bu gün paytaxt məkanlarının birində qızı Ləmana toy edir.

 

Lent.az-ın məlumatına görə, ifaçı qızının özəl gününə şou-biznesin bir çox tanınmış simalarını çağırıb. Onlar sırasında xalq artisti Nəzakət Teymurova, əməkdar artistlər Aybəniz Haşımova, Baloğlan Əşrəfov, müğənnilər Nazənin, Manaf Ağayev, Mənzurə Musayeva, Əlikram Bayramov, Bahar Lətifqızı, Yeganə Mürsəlova, Nadir Bayramlı, Mətanət Əsədova, İradə İbrahimova, aktyor Sərxan Kərəmoğlu, aparıcılar Saleh Bağırov, Aytəkin Mərdanova, İlham Mirzəyev və başqaları olub.

 

Qeyd edək ki, K.Kərimovanın qızı Ləman Orxan adlı bəylə ailə qurur. Cütlüyün xınası ötən həftə olub. İfaçı bildirib ki, kürəkəni qohumudur.

 

LENT

11 Dekabr 2017

Digər xəbərlər >>>