Sizin link burada

Niyam Salami qalmaqaldan danışdı: "Anam ağlayır, pis olur"

 

Müğənni Niyam Salamı “Hər şey daxil” verilişində qonaq olub. Lent.az-ın məlumatına görə, ifaçı bildirib ki, efirdə qalmaqalları yayımlanan zaman anası dərhal ona zəng edir: “Efirdə qalmaqalım olanda anam zəng edib ağlayır, pis olur. Yaşlı adamdı, o bilir ki, mən qalmaqal edən adam deyiləm. Ağlayır, pis olur, 74 yaşı var. Mən onu başa sala bilmirəm ki, səhnə arxası, kulis sözü nə deməkdir”.

 

Müğənni daha sonra bildirib ki, ona bu günə qədər yalnız bəstəkar Nailə Mirməmmədli dəstək olub: “Vaxtında mənə dəstək olardılar. İndi cəhənnəmə olsunlar. İndi elə bir dövrdə yaşayırıq ki, kimsə kimdənsə nəsə görməsə, ona yaxşılıq etməz. Mənə yaxşılığı Nailə Mirməmmədli edib. Təmənnasız mahnılar verib. Onun adını dəfələrlə çəkə bilərəm. Bir də müğənni Ramal İsrafilovun canı sağ olsun ki, “Sana haram əllər dəymiş” adlı mahnını mənə verdi". 

 

İfaçı daha sonra Röya Ayxanla birgə “Ay ürək” adlı mahnını duet oxumasından danışıb: “Röya ilə çoxdan tanış idik. Mənə dedi ki, Niyam, nə əcəb birgə mahnı oxumuruq? Elə bildim, zarafat edir. Dedi, yox, Nailə xanım yazsın, oxuyaq. Mən heç bir zaman Röya ilə küsülü olanda onun haqqında nəsə deməmişəm”. 

LENT

11 Dekabr 2017

Digər xəbərlər >>>