Sizin link burada

Toliklə Səidə Sultan barışdı

Prodüser Tolik ( Tarix Əliyev ) qalmaqalda olduğu müğənni Səidə Sultanla barışıb. Lent.az-ın məlumatına görə, bu barədə prodüser sosial şəbəkədə yazıb: “Səidə Sultanla 20 gün olar ki, barışmışam. Mən özüm Səidəyə zəng vurdum, danışdım, hiss elədim ki, məndən inciyib. Onun anası Sveta xanımı, rəhmətlik atasını, bacısını tanıyıram, evlərində olmuşam. O, “Maşın şou"da aramızda olan qalmaqaldan sonra mənə yazmadı, nəsə də demədi. Çünki bilirdi ki, əsəbiyəm. Mən heç kimə yalandan "dostum" demirəm. Amma Səidəyə qarşı haqsızlıq elədim, onu qınadım. Çünki Natavan Həbibi də söhbətin içində idi. "Maşın"da biz bir olmalıydıq, amma araya girən oldu”.


Qeyd edək ki, 2 məşhur arasında qalmaqal “Maşın şou" yarışması zamanı olmuşdu. 

LENT

11 Dekabr 2017

Digər xəbərlər >>>