Sizin link burada

Rəhim həmkarları barədə nələr dedi? - "Cindir, şeytandır"

Müğənni Rəhim Rəhimli “ATV maqazin onlarla” verilişinin "Hid parad" rubrikasında qalmaqallı açıqlamalar verib. Lent.az-ın məlumatına görə, Rəhimli ilk olaraq Azəri Günel Zeynalovanı tənqid edib: “Yaradıcılığı ilə çox maraqlanmıram. Rza Zərrabın mahnısını oxumuşdu, bircə onu xatırlayıram. Bu qıza əsəb oluram. Seçimi hər zaman yanlışdır. Ya mahnısı yanlış olur, ya da klipləri o səviyyədə olmur. “Azar” mahnısı Günel üçün deyildi. Çıxdığı proqramlar da yanlış seçilir. Seda Sayanın verilişinə getmişdi qalmaqal yaşanmışdı. Başqa bir proqramda da xoşagəlməz hal yaşanmışdı. Hər kəs fikrimə hörmət etsin. Burada dediyim sözlərə görə, sabah cavab verməsinlər ki, özündən xəbəri yoxdur. Mədəniyyətsiz fikirləri kənara qoysunlar".

İfaçı daha sonra İradə İbrahimovanı tənqid edib: "İradənin mahnısındakı mövzu çox işlənib. Elə bir mahnı yazılmalıydı ki, hamısını keçməliydi. Olmadı... Hazırki yaradıcılığını yarımçıq görürəm".
 
Küsülü olduğu Kərim Abbasov barədə də danışıb: "Niyamla Kərim bir şou çıxartmışdı. Kərim deyirdi Niyam adlı adam tanımıram, cindir, şeytandır. Sonra görürsən birlikdədirlər. Niyam Kərimsiz, Kərim Niyamsız qala bilmir. Məni də qatdılar aralarına. Axır-əvvəl görüşəcəyik bunlarla. Kərim qəribə insandır, fikrini deyəndir, düşünməz ayıbdır. Çalışıram üz-üzə gəlməyim. Milyonlar önündə çirkab mövzular danışmaq, ikisinə də yaraşmazdı".

 

 

Rəhim bir zamanlar dostluq etdiyi əməkdar artist Röya Ayxanı da müzakirə edib: "Röya ilə dostluğumuz əvvəlki kimi deyil. Heyfslənirəm şou-biznesdəki bəzi dostluqlarıma görə. Bir qabdan yemək, duz-çörək kəsmək... Bu olmasaydı, dostluğumuz davam edərdi. Eləcə də Röya ilə...".

 

R.Rəhimli sonra küsülü olduğu Niyam salamini isə "Hid-parad"dan uzaqlaşdırıb: “Mən sizxə baş verəni danışsam, gülüb keçərsiz. Bu da onun bisavadlığından irəli gəlir. Başqalarının sözünə qulaq asan insandır. Yeganə kişi sənətçisi idi ki, onunla bir ömür boyu dost olmaq istəyərdim. Amma alınmadı. Düşünürəm ki, bundan sonra da alınmayacaq”.

 

LENT

11 Dekabr 2017

Digər xəbərlər >>>