Sizin link burada

Şəbnəm Tovuzlu: "Hamı məni güllələyəndə..."

 

“Lider TV”-nin “Dostlar” verilişinin növbəti buraxılışı yayımlanıb. Lent.az-ın məlumatına görə, tanınmış müğənni Nazəninin təqdimatında yayımlanan verilişin bu həftəki qonağı müğənni Şəbnəm Tovuzlu və bəstəkar Ruslan Səfəroğlu olub. Ş.Tovuzlu veriliş zamanı həyat yoluna nəzər salıb. O, dostlarından danışarkən bildirib ki, çətin günlərində yalnız müğənni Nazənin onun yanında olub: “Bu sənətə gələndə etibar elədiyim insanlar olub. Amma daha sonra anlamışam ki, bu etibara dəyməzmiş. Bu sənətdə mənim əzab-əziyyətli günlərim oldu. Həmin günlərdən təxminən 1 il ötür. Elə həmin vaxt əsl dostumu tanıdım. Bu, Nazənin xanım olub. Bu sənətdə hamının məni güllələyən vaxtında mənə dəstək oldu. Mənə həm ana, həm bacı oldu. Mən bunu heç bir zaman dana bilmərəm. Digər sənət dostlarımı da çox istəyirəm. Onlarla ancaq "salam-sağ ol" edirəm”.

 

Daha sonra bəstəkar R.Səfəroğlu dostlarından danışıb: “Yaxşı, pis, nanəcib dostlar hər kəsin həyatında olub. Orta məktəbdə oxuyanda bir dostum var idi, mənə deyirdi ki, ölənə qədər bir yerdə olarıq. Mən də ona deyirdim ki, bunu həyat göstərər. Amma indi həqiqi dostlarım var. Gözəl şair Fuad İbrahimov daha sonra Vüsal İbrahimov kimi bir neçə insanlarla dostluq edirəm. Hələ ki, bu dostluğa layiqik”.

Qeyd edək ki, “Dostlar, bizi unutmayın” verilişi həftənin bazar günləri saat 20:00-da “Lider TV”-də yayımlanır. Verilişin informasiya dəstəyi Lent.az-dır. 

LENT

11 Dekabr 2017

Digər xəbərlər >>>