Sizin link burada

Uşaq “Avroviziya” müsabiqəsinin qalibi bəlli oldu

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Avroviziya Uşaq Mahnı Müsabiqəsi 2017”nin qalibi məlum olub.

 

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, Rusiyanı müsabiqədə təmsil edən Polina Boquseviç “Wings” mahnısı ilə 188 səslə birinci yeri tutub.

 

İkinci yerə Gürcüstan təmsilçisi Qriqol Kipşidze, üçüncü yerə isə Avstraliya təmsilçisi İzabella Klark layiq görülüb. 

 

Müsabiqədə ümumilikdə 16 ölkə - Gürcüstan, Rusiya, Avstraliya, Albaniya, Ermənistan, Belarus, İrlandiya, İtaliya, Kipr, Makedoniya, Malta, Niderland, Polşa, Portuqaliya, Serbiya və Ukrayna təmsilçiləri mübarizə aparıb.

 

LENT

11 Dekabr 2017

Digər xəbərlər >>>