Sizin link burada

Avropa Liqasında 16 komanda növbəti tura keçdi - SİYAHI

Avropa Liqasında 1/16 finala vəsiqə qazanan daha 11 komandanın adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin V turu çərçivəsində keçirilən qarşılaşmaların ardından mərhələ adlayan klubların sayı 16-ya yüksəlib.

 

Artıq qrupdan sonrakı mərhələ haqda düşünməli olan komandalar “Vilyarreal”, “Dinamo” (Kiyev), “Partizan”, “Braqa”, “Milan”, “Atalanta”, “Lion”, “Styaua”, “Viktoriya”, “Arsenal”, “Zalsburq”, “Ostersun”, “Latsio”, “Nitsa”, “Zenit” və “Real Sosyedad”dı.

 

Onlardan “Vilyarreal”, “Milan”, “Arsenal”, “Zalsburq” və “Latsio” hətta qrup liderliyini rəsmiləşdiriblər. Kiyev “Dinamo”su ilə “Partizan”, “Atalanta” ilə “Lion”, “Zenit”lə isə “Real Sosyedad” qrup liderini öz aralarında keçiriləcək son tur matçında müəyyənləşdirəcəklər.

 

Bundan başqa, “Makkabi” (Təl-Əviv), “Skenderbeu”, “Yanq Boyz”, “Hoffenhaym”, “Apollon”, “Everton”, “Zlin”, “Luqano”, “Hapoel” (Beer-Şeva), “Herta”, “Tsulte-Varegem”, “Vitess”, “Rusenborq” və “Vardar”ın heç bir iddiası qalmayıb və son tur onlar üçün formal xarakter daşıyacaq. Son turda 18 komanda qalan 8 yer uğrunda mübarizə aparacaq.

 

Qeyd edək ki, qrup mərhələsinə dekabrın 7-də keçiriləcək oyunlarla yekun vurulacaq.

LENT

13 Dekabr 2017
12 Dekabr 2017

Digər xəbərlər >>>