Sizin link burada

Xızıda 183 ədəd partlamamış hərbi sursat tapılıb

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə əməliyyat keçirib.

 

Bu barədə Lent.az-a daxil olan məlumatda bildirilir ki, partlayış baş vermiş hərbi hissənin ətrafına noyabrın 23-də baxış keçirilib. Nəticədə 183 ədəd partlamamış hərbi sursat (PHS), 165 ədəd partlamış-yanmış mərmi qalıqları və 326 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 534 500 kv.m (53.45 ha) ərazi yoxlanılıb.

 

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

 

 

LENT

13 Dekabr 2017
12 Dekabr 2017

Digər xəbərlər >>>