Sizin link burada

Lənkəranda mina tapıldı

Ötən gün  FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və DİN-in “102” Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Lənkəran şəhərində dəniz sahilində 1 ədəd tank əleyhinə minanın olması barədə məlumatlar daxil olmuşdur.                                                                                                                                                                   

 

ANAMA-dan Lent.az-a verilən xəbərə görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

 

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə 10 saylı yanalma məntəqəsinin yaxınlığında dəniz sahilinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd tank əleyhinə mina (TM-62P3) aşkar edilmiş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

 

Aşkar olunmuş minanın ətrafında 1 000 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib. 

LENT

12 Dekabr 2017
11 Dekabr 2017

Digər xəbərlər >>>