Sizin link burada

Rusiya hipersəsli silah istehsal etmək niyyətindədir

Rusiya prezidenti Vladimir Putinin keçirdiyi müşavirələrdə  hipersəsli silahın yaradılması məsələsi müzakirə edilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Rusiya müdafiə nazirinin müavini Yuri Borisov bildirib.

 

“Hipersəsli texnologiyalar artıq bugünkü günün reallığıdır, ona görə də yaxın 10 il ərzində hipersəsli silah istehsalına başlanıla bilər, burada fövqəladə bir şey yoxdur.  Aparıcı dövlətlər kimi biz də bu istiqamətdə çalışırıq”, - deyə Yuri Borisov qeyd edib. 

LENT

22 Fevral 2018

Digər xəbərlər >>>