Sizin link burada

Ankara 22 ölkədən FETÖ-nun 45 rəhbər şəxslərinin ekstradisiyasını tələb edir

 

 

FETÖ terror təşkilatının üzvlərinin işlərini araşdıran Ankara məhkəməsi Türkiyənin Ədliyyə Nazirliyinə müraciət edərək FETÖ rəhbərliyində təmsil olunan 45 şəxsin 22 ölkədən  ekstradisiyasına dair sorğu hazırlamağı tələb edib.   

 

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, sorğuların əksəriyyəti (FETÖ rəhbəri Fətullah Gülən daxil olmaqla, 15 nəfərə dair) ABŞ-a göndəriləcək.  Sorğuların göndəriləcəyi ölkələr siyahısında həmçinin Böyük Britaniya, Almaniya, Belçika, Norveç, Niderland, Malta, Albaniya, Türkmənistan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, İsrail, Kambodja, Tailand, BƏƏ, Madaqaskar, Mozambik, Toqo, Mərkəzi Afrika Respublikası, Misir və Burkina Faso yer alıb.   

 

Şübhəli şəxslərdən 3 nəfər barəsində sorğu eyni vaxtda bir neçə ölkəyə göndəriləcək.  

 

Ekstradisiyası tələb edilən FETÖ liderlərinin siyahısında isə Qazaxıstanda olduğu bildirilən Mustafa Ocalan  (“İmam Balkan”), Norveçdən Suleyman Uysal (“İmam FETÖ”), Niderlandan “imam” Nejdət Başaran,  Mərkəzi Afrika Respublikasından FETÖ Məşvərət Komitəsinin üzvü Naci Tosun və digərləri yer alıb.

 

LENT

13 Dekabr 2017
12 Dekabr 2017

Digər xəbərlər >>>