Sizin link burada

Dağıstandakı atışmanın səbəbi açıqlandı

 

 

Dağıstanın Azərbaycanla həmsərhəd Məhərrəmkənd rayonunda  iki nəfərin ölümü və üç nəfərin yaralanması ilə nəticələnən atışmaya səbəb  borc pul olub. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Dağıstanın hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.   

 

Məlumata görə, insidentlə əlaqəli 6 nəfər saxlanılıb, 15 nəfərədək şəxsin axtarışı davam etdirilir.

 

“Ümumilikdə münaqişədə 20-dək şəxs iştirak edib. Onlardan bir qrupu Məhərrəmkənd rayonuna Dərbənd şəhərindən gəlib. Mübahisə pul üstündə, daha dəqiq, borca görə yaranıb”, - deyə mənbə bildirib.  

 

Məlumata görə, insidentdə Məhərrəmkənd rayonu rəhbərinin qohumları iştirak edib. Onlardan biri Eldar Yaralıyev öldürülüb, rayon rəhbərinin qardaşı oğlu isə yaralanıb.  

LENT

12 Dekabr 2017

Digər xəbərlər >>>