Sizin link burada

Azərbaycan əsgərinin meyiti ermənilərin mövqeyindən tapıldı - RƏSMİ

 

Müdafiə Nazirliyi Azərbaycan ordusunun hərbçisinin meyitinin tapılması barədə məlumat yayıb.

 

Lent.az-ın nazirliyin saytına istinadən xəbərinə görə, məlumatda bildirilir ki, hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən 1998-ci il təvəllüdlü əsgər Cəlilbəyli Bəhruz Pərviz oğlunun (27.11.1998-ci il təvəllüdlü) meyitinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətindəki qoşunların təmas xəttində, Ermənistan silahlı qüvvələrinin mövqeləri yaxınlığında olduğu müəyyən edilib. B.Cəlilbəyli bu il yanvarın 5-də Sədərək rayonundan həqiqi hərbi xidmətə çağırılıbmış. 

 

Açılmış cinayət işi üzrə istintaq davam etdirilir. 

LENT

12 Dekabr 2017

Digər xəbərlər >>>