Sizin link burada

"Kürdüstan"ı dəstəkləyən laçınlı məmur işdən qovuldu

Laçın rayon İcra Hakimiyyətinin (RİH) Hüquq şöbəsinin müdiri Fizuli Tanrıverdiyev vəzifəsindən azad edilib.
 
Lent.az Modern.az-a istinadən xəbər verir ki, bununla bağlı Laçın RİH-də iclas keçirilib və müvafiq qərar qəbul olunub. Məlumatı Laçın RİH-dən təsdiqləyiblər.
 
Hələlik İcra Hakimiyyətinin Hüquq şöbəsi müdiri vəzifəsinə təyinat yoxdur.
 
Qeyd edək ki, bir müddət öncə, F.Tanrıverdiyev özünün Facebook profilində İraqın şimalında yerli Kürd Muxtariyyətinin keçirdiyi "referendum"u dəstəklədiyini bəyan etmiş, buna müvafiq fotolar yaymışdı. 
 
Facebook-da İraq Kürdüstanının "müstəqilliyini" dəstəklədiyini bildirən Fizuli Tanrıverdiyev muxtariyyət rəhbəri Məsud Bərzaninin fotolarını paylaşaraq, ona mədhiyyələr yazmışdı.  
 
Onun hərəkəti Facebook-da və Azərbaycan mətbuatında ciddi tənqid olunmuşdu.

LENT

12 Dekabr 2017

Digər xəbərlər >>>