Sizin link burada

Bir manatlıq metal sikkələr buraxılacaq? - AMB-dən CAVAB

Azərbaycan Mərkəzi Bankı bir manatlıq əskinasları metal sikkə ilə əvəz etmək imkanını nəzərdən keçirir.
 
Lent.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini Alim Quliyev deyib.
 
Mərkəzi Bank sədrinin birinci müavini beş manatlıq əskinasların metal sikkə ilə əvəz olunacağı barədə şayiələri isə təkzib edib. A.Quliyev əlavə edib ki, bu məsələ müzakirə olunan məsələlərin gündəliyində deyil.

LENT

12 Dekabr 2017
11 Dekabr 2017

Digər xəbərlər >>>