Sizin link burada

Stilist Anarla Fatimə arasında QALMAQAL: "Get, başını dara"

Stilist Anar Ağakişiyev rəqqasə Fatimə Fətəliyevanı "zövqsüz" adlandırıb. Lent.az-ın məlumatına görə, stilistin bu sözlərini rəqqasə cavabsız qoymayıb: “Efirdə çıxıb subyektiv fikir söyləmək lazımdır. Yoxsa bu gün münasibətin yaxşı olan insanı tərifləmək lazım deyil. Mən zövqsüz olsam, 8 ildir xınalar təşkil etmərəm. Xalq xınalarını mənə həvalə edir. Gözəllik salonu müdirəsiyəm. İnsanlar mənim adıma, zövqümə güvənib gəlirlər. Sən zövqdən danışa bilməzsən, get, başını dara. 


Mənə “Göyçək Fatimə” adını xalq verib. Qurban olum xalqıma, sənin kimilərin fikri mənə önəmsizdir. Kimsən ki, məni zövqsüz adlandırırsan? Sən Yudaşkin ola bilməzsən, zövqdən danışmağa haqqın yoxdur. Pula satılmayın”.

 

LENT

12 Dekabr 2017
11 Dekabr 2017

Digər xəbərlər >>>