Sizin link burada

Konte: “Hakim heç bir komandanın lehinə tərəf tutmamalıdır”

"Komandamın oyunundan məmnunam". Apasport.az saytının məlumatına görə, bu sözləri “Çelsi”nin baş məşqçisi Antonio Konte deyib.

 

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”ın qonağı olan London klubu 4:0 hesablı qələbə qazanıb.

 

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında italiyalı mütəxəssis bu fikirləri səsləndirib: “Növbəti mərhələyə vəsiqə qazandıq. “Atletiko” ilə görüşün həlledici olmasının qarşısını aldıq. Bu da mənə onlarla görüşdə rotasiyalar etmək imkanı yaradacaq”.

 

- Qırmızı vərəqə və penalti qərarları haqda nə deyə bilərsiz?

- Mənə görə, həmin vəziyyətlər haqda danışmaq çətindir. Çünki mən texniki zonada oluram və ordan məsafə uzaqdır. Gördüyümə əsasən, penaltinin olub-olmadığını deyə bilmərəm. Sadəcə, onu deyim ki, hakim öz işini görməli, heç bir komandanın lehinə tərəf tutmamalıdır.

LENT

22 May 2018
21 May 2018

Digər xəbərlər >>>