Sizin link burada

Ramiz Mehdiyev MDB dövlətləri rəsmilərinin görüşündə məruzə ilə çıxış edib

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Moskvada  şəhərində keçirilən MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin beşinci görüşündə iştirak edib.

 

APA-nın məlumatına görə, görüşdə MDB məkanında radikal dini cərəyanların yayılmasının qarşısının alınması məsələləri, habelə Əfqanıstan İslam Respublikasında vəziyyət və Orta Asiya regionu dövlətlərinin təhlükəsizliyinin təmin edilməsi tədbirləri müzakirə edilib, beynəlxalq terrorçuluğa qarşı mübarizənin bəzi aspektləri ilə bağlı məruzələr dinlənilib.

 

R. Mehdiyev tədbirdə məruzə ilə çıxış edib. Çıxışda dini radikalizmin, ekstremizmin və terrorçuluğun qarşısının alınması sahəsində Azərbaycanın müsbət təcrübəsi, o cümlədən müvafiq qanunvericiliyin təkmilləşdirilməsi, ölkəmizin hüquq mühafizə orqanları və xüsusi xidmətlərinin səmərəli fəaliyyəti barədə ətraflı məlumat verilib.

 

Tədbir çərçivəsində R. Mehdiyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və katibin müavini Rəşid Nurqaliyev, habelə Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə təhlükəsizlik şuraları xətti üzrə əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib, həmçinin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının Aparatı ilə 2018-2019-cu illər üçün Əməkdaşlıq Planı imzalanıb.

LENT

13 Dekabr 2017
12 Dekabr 2017

Digər xəbərlər >>>