Sizin link burada

FHN Akademiyasında ərəb tələbələrlə görüş keçirilib

Birləşmiş Ərəb Əmirliklərinin Milli Müdafiə Kollecinin bir qrup yüksək rütbəli tələbə heyəti ilə Fövqəladə Hallar Nazirliyinin Akademiyasında görüş keçirilib.

 

 

Lent.az-ın nazirliyinin saytına istinadən məlumatına gör, əvvəlcə qonaqlar Akademiyanın həyətində ucaldılmış Heydər Əliyevin abidəsinin önünə gül-çiçək dəstələri qoyub, onun əziz xatirəsini ehtiramla yad ediblər.

 

Daha sonra Azərbaycan fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadənin iştirakı ilə BƏƏ nümayəndə heyəti ilə görüş keçirilib. Qonaqları salamlayan nazir müavini Faiq Tağı-zadə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər, beynəlxalq təşkilatlar və dost ölkələrin uyğun qurumları ilə əməkdaşlıqdan ətraflı bəhs edib.. O, həmçinin Fövqəladə Hallar Nazirliyinin və nazirliyin Akademiyasının fəaliyyətindən danışıb, maddi-texniki baza və yaradılan şərait haqda qonaqlara məlimat verib. Qeyd olunub ki, Akademiyada xarici tələbələrin təhsil alması üçün lazımi şərait mövcuddur və gələcəkdə BƏƏ ilə qarşılıqlı tələbə mübadiləsini həyata keçirmək mümkündür.

 

Səmimi görüşə görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri briqada generalı pilot Səlim S.Əl-Şəmsin iki ölkə arasındakı əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini diqqətə çatdırmış, hər iki ölkənin aidiyyatı qurumları arasındakı mövcud əməkdaşlığın dərinləşməsinin mühümlüyünü qeyd edib.

 

Görüş zamanı “FHN-in Akademiyası” və “Xəzər-2017” beynəlxalq təliminə həsr olunmuş videoçarxlar nümayiş olunub.

 

Sonda qonaqlar Akademiyanın fəaliyyəti ilə yaxından tanış olublar.

LENT

12 Dekabr 2017

Digər xəbərlər >>>