Sizin link burada

Azərbaycan Rusiyadan qaz alışını bərpa etdi

SOCAR və Rusiyanın “Qazprom” şirkəti Azərbaycana təbii qazın tədarükünün bərpa edilməsi ilə bağlı razılığa gəlib.

 

APA-Economics”in “Qazprom” şirkətinə istinadən verdiyi məlumata görə, müqavilə noyabrın 21-də imzalanıb. Təbii qazın tədarükü artıq noyabrın 22-də başlayacaq.

 

Müqaviləyə əsasən, SOCAR 1,6 mlrd. kubmetr həcmində Rusiya qazı alacaq.  

 

Xatırladaq ki, bu ilin iyul ayında Sankt-Peterburqda SOCAR prezidenti Rövnəq Abdullayev və Rusiyanın “Qazprom” şirkətinin  rəhbəri Aleksey Miller arasında görüş keçirilib. Görüşdə Rusiyadan Azərbaycana qaz ixracı müzakirə edilib.

 

Qeyd edək ki, “Qazprom” 2000-2006-cı illərdə Azərbaycana qaz ixrac edib, “Şahdəniz” yatağının istismara başlanmasından sonra Rusiyadan qaz ixracı dayandırılıb.

LENT

12 Dekabr 2017

Digər xəbərlər >>>