Sizin link burada

Britaniya şirkətlərinə "pul atan"a 8 İL 6 AY həbs tələbi

 

Böyük Britaniyanın Azərbaycanda fəaliyyət göstərən "Amec Services Limited" şirkətinin baş mühasibi və maliyyə menecerinin müavini işləmiş Fuad Əfəndiyevin cinayət işi üzrə məhkəmə davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı bildirilib.

Söz dövlət ittihamçısına verilib. Prokuror çıxışında F.Əfəndiyevin 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxs və müdafiəçisi məhkəmədən çıxış üçün vaxt istəyib.

Məhkəmə noyabrın 29-da davam edəcək.

Qeyd edək ki, "Amec plc" şirkətinə məxsus üç şirkətin - "Amec" MMC, "AMEC Resources Limited" və "AMEC Services Limited" şirkətlərinin fəaliyyətləri dövründə qeyri-qanuni ödənişlərin aparılması barədə edilən müraciət əsasında cinayət işi açılıb.

İstintaq zamanı külli miqdarda pul vəsaitinin qanunsuz olaraq müxtəlif ölkələrdəki şirkətlərə köçürülməklə leqallaşdırıldığı məlum olub.

F.Əfəndiyev Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə) maddəsi ilə itiham edilir.

 

LENT

12 Dekabr 2017

Digər xəbərlər >>>