Sizin link burada

Elnarə Abdullayevadan polisə şikayət olundu

Mirzəli adlı Şamaxı rayon sakini əməkdar artist Elnarə Abdullayeva barəsində polisə şikayət ərizəsi yazıb. Lent.az-ın məlumatına görə, bu barədə E.Abdullayeva “Səhər-səhər” verilişində deyib:

 

 “Bizim kənddə - Qobustan rayonunun Çuxanlı kəndində su olmayıb. Şükür Allaha, 2 ildir su qaydasında gəlir. Kəndin cavanları, qocaları ətəklərini çirmələyib bu bulağın çəkilməyində əziyyət çəkiblər. Deməli, bizim kənddə bir nəfər var. O, durmadan ərizə yazır. Bir gün qardaşımı çağırıb ki, “Orada ağac kəsmisiniz”. 

Həmin kişini bərk təhqir də etdim. Ərizədə həmin ərazidə ağacların kəsildiyi yazılıb. Bulaq çəkilən ərazidə ağac olmayıb, adi kol-kos olub. Axı buradan suyu tək mən istifadə etmirəm. Mirzəli adında kişidir. Demişəm ki, bir də belə hərəkət edərsə, camaat onu kənddən çıxaracaq. Bu, adi bir quyu deyil. Nə qədər işçi çalışır həmin bulaqda. Böyük hovuzlar qurulub, motorlar, transformatorlar quraşdırılıb".

LENT

12 Dekabr 2017

Digər xəbərlər >>>