Sizin link burada

Rəsmi Bakı: "Ermənistan "dəvəquşu siyasəti"ni davam etdirir"

 

Xarici İşlər Nazirliyi Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyanın Rusiya xarici işlər naziri Sergey Lavrovla keçirdiyi mətbuat konfransında səsləndirdiyi bəyanata cavab verib. Lent.az-ın məlumatına görə, nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin 16 oktyabrda Cenevrədə keçirilmiş görüşündən sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən danışıqların substantiv və intensiv şəkildə aparılması Ermənistan tərəfini ciddi şəkildə narahat edir: “Daim danışıqları imitasiya edən və texniki-köməkçi məsələlərlə diqqəti əsas hədəfdən yayındırmağa çalışan Nalbəndyan yenə də müxtəlif bəhanələr və yalanlara əl atmaq yolunu tutub. Ermənistan xarici işlər naziri ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçilik missiyasından danışdığı halda, həmsədrlərin mandatının əsasını təşkil edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə münasibətdə “dəvəquşu siyasəti”ni davam etdirir”.

 

Hikmət Hacıyev əlavə edib ki, Ermənistan tərəfi reallığı anlamalı və “dəvəquşu siyasəti”nə son qoymalıdır: “Hamı bilməlidir ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini tam şəkildə təmin edəcək”.

LENT

12 Dekabr 2017

Digər xəbərlər >>>