Sizin link burada

3 yaşlı Sonanın həyatı sizdən asılıdır - YARDIM

 

3 yaşlı Sonanın yardıma ehtiyacı var.

 

Bu barədə Lent.az-a onun anası, Goranboy rayon Dəliməmmədli şəhər sakini Həmidə Qasımova məlumat verib. 

 

Ana saytımıza göndərdiyi müraciətdə bildirir ki, 2014-cü il təvəllüdlü Sona Qasımovaya anadangəlmə budların iki tərəfli çıxdığı diaqnozu qoyulub: “Sağ budun əməliyyatını bu il yanvarda birtəhər elətdirdik.  Ailəmizin maddi durumunun pis olması səbəbindən sol budu əməliyyat etdirə bilmirik.  Körpənin təcili cərrahiyyə əməliyyatına ehtiyacı var. Gecə-gündüz uşağın ağrı-sızısına biganə qala bilmirik, göz yaşları kömək etmir".

 

Ana xəstə övladına kömək göstərilməsini xahiş edir. 

 

Kömək etmək istəyənlər 051 557 63 98 nömrəsi ilə əlaqə saxlaya bilər.

LENT

12 Dekabr 2017
11 Dekabr 2017

Digər xəbərlər >>>