Sizin link burada

"Onların həyatı üçün hər an təhlükə yarana bilər..." - Azay Quliyev

Bu gün Milli Məclisdə büdcə sənədinin detalları haqqında müzakirələr aparılıb. Lent.az xəbər verir ki, millət vəkili Azay Quliyev çıxış edərək hökumətın geridə qalan müddətdə qarşıda duran ən çətin vəzifənin öhdəsindən gəldiyini bildirib. O əlavə edib ki, iqtisadiyyatda ciddi geriləmənin qarşısı alınıb, ölkənin maliyyə və iqtisadi sektorunda sabitləşmə və post neft dönəminə adoptasiya dövrü başlayıb. 

 

Bundan sonra millət vəkili Azay Quliyev təmsil etdiyi Binəqədi rayonu, 8-ci seçki dairəsinin ərazisində yerləşən Koroğlu Rəhimov küşəsi 53A ünvanlı binanın qəzalı olması ilə bağlı məsələni də diqqətə çatdırıb. O, qeyd edib ki, sözügedən bina uzun müddətdir ki, qəzalı vəziyyətdədir və orada yaşayan sakinlərin həyatları üçün hər an təhlükə yarana bilər: "Mən özüm bir neçə dəfə həmin binada olmuşam və vəziyyətlə tanışam. Bu problemi baş nazirin müavini Abid Şərifov da bilir və o, məsələni araşdırmaq üçün həmin ünvana komissiya da göndərib. Maliyyə çatışmazlığına görə məsələ hələlik öz müsbət həllini tapmayıb. Binanın köklü təmirə və ya yenidən tikilməsinə ehtiyac var. Xahiş edriəm, bu məsələ də diqqətdə saxlanılsın və problemin həlli üçün büdcədən lazımi vəsait ayrılsın”.

LENT

12 Dekabr 2017
11 Dekabr 2017

Digər xəbərlər >>>