Sizin link burada

Hərbi hava qüvvələri üçün yeni yaşayış kompleksinin açılışı olub

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Hərbi Hava Qüvvələrinin (HHQ) hava hücumundan müdafiə bölməsinin yeni yaşayış kompleksinin açılışında iştirak edərək hərbi qulluqçular üçün yaradılmış şəraitlə tanış olub.

 

Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, nazirliyinin rəhbərliyi bölmənin əsgər yataqxanasına, yeməkxanaya, tibb məntəqəsinə, sıra meydanına, idman şəhərciyinə, eləcə də digər xidməti və inzibati otaqlara baxış keçirib.

Sonra müdafiə naziri döyüş növbətçiliyində dayanan çoxməqsədli radiolokasiya stansiyaları, atıcı qurğular və digər döyüş vasitələrinin təyinatı, eləcə də taktiki-texniki xassələri ilə maraqlanıb.

Müdafiə nazirinə məruzə edilib ki, bölmənin sərəncamında olan müasir silah və döyüş texnikası bütün növ hava hədəflərinin aşkarlanması, uçuş parametrlərinin təyin edilməsi və müxtəlif maneələr şəraitində məhv edilməsi imkanına malikdir.

Hava məkanının qorunması üzrə tapşırıqları yerinə yetirən bölmənin şəxsi heyətinin peşəkarlıq səviyyəsini və döyüş hazırlığını yüksək qiymətləndirən müdafiə naziri HHQ-nin komandanlığına müvafiq tapşırıqlar verib.

LENT

12 Dekabr 2017

Digər xəbərlər >>>