Sizin link burada

Pakistan ordusunun rəhbəri Azərbaycana gələcək

Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Zübair Mahmud Hayatın rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 22-də Azərbaycana səfərə gələcək.

 

Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində Pakistan nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.


Səfər noyabrın 24-dək davam edəcək.

LENT

12 Dekabr 2017

Digər xəbərlər >>>