Sizin link burada

11 saat narkoz altında qalan müğənnimiz 18 kilo ARIQLADI - VİDEO - FOTO

Azərbaycanlı müğənni Bahar Lətifqızı əməliyyat olunmasından danışıb. Lent.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan ifaçı bildirib ki, əməliyyatdan sonra 18 kilo çəki atıb: “Bu yaxınlarda əməliyyat olundum. 76 kilo idim, indi 58 kiloya düşmüşəm. Bu əməliyyatla piylərim çıxarıldı. Artıq hər şey yaxşıdı. Artıq kilodan əziyyət çəkirdim. Acgözəm, boynuma alıram. Çox yeyirdim. Vaxtında o qədər yemək yeməmişəm deyə, indi çox yeyirəm. ( gülür) Biz görmüşük ki, insan bir alma yeyər, kifayətlənər. Amma mən 5 alma yeməsəm, doymuram. Əməliyyat vasitəsi ilə mədəmi kiçiltmədim, sadəcə piylərdən qurtuldum. Düz 11 saat narkozda qaldım, 6 saat da əməliyyatım çəkdi. Əməliyyat zamanı çəkdiyim  o ağrıları indi düşünüb, nəfsimə güc gəlirəm. Elə bilirdim ki, nəfsimi qoruya bilmərəm. İnsan hər əziyyətə qatlaşa bilər. Hərçənd mənim uşaqlığım çətin keçib, amma mən bunu indi anladım”. 

 

 

 

 

 

LENT

12 Dekabr 2017

Digər xəbərlər >>>