Sizin link burada

Güclü külək, yağış - HAVA PROQNOZU

Noyabrın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. ETSN-dən Lent.az-a verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində yağıntılı olacağı ehtimalı var.

 

Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-9, gündüz 9-12, Bakıda gecə 7-9, gündüz 9-11° isti olacaq. 

 

Sabah Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-8, gündüz 9-13, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti olacağı gözlənilir.

LENT

12 Dekabr 2017
11 Dekabr 2017

Digər xəbərlər >>>