Sizin link burada

Britaniya səfirindən "Qarabağ"-"Çelsi" oyunu ilə bağlı paylaşım

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Çelsi” oyununa maraq böyükdü. Apasport.az saytının məlumatına görə, qarşılaşma tanınmış siyasətçilərin də diqqət mərkəzindədi.

 

 

Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin rəsmi tvitter səhifəsində bugünkü qarşılaşma ilə bağlı maraqlı paylaşım edilib. Belə ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Kerol Meri Kroftsun “Qarabağ” və “Çelsi”nin adlarının yazıldığı şərflə şəkli paylaşılıb.

 

Fotonun üzərindəki yazıda isə səfirin sözləri əks edilib və qarşısında Britaniya ilə Azərbaycan bayraqlarının şəkli yerləşdirilib: “Səfir Krofts deyir: Niyə də yox?!”.

 

Əlavə edək ki, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti, şotlandiyalı Qəri Cons da bu yaxınlarda saytımıza açıqlamasında “Qarabağ” - “Çelsi” matçında komandamızı dəstəkləyəcəyini bildirmişdi.

 

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda baş tutacaq görüş saat 21:00-da start götürəcək.

LENT

13 Dekabr 2017
12 Dekabr 2017

Digər xəbərlər >>>