Sizin link burada

Keçmiş arvadını öldürüb qaçdı, 45 gün sonra ələ keçdi - AZƏRBAYCANDA

 

Oktyabrın 5-də Gədəbəy rayonu Arıqdam kəndində keçmiş həyat yoldaşını qətlə yetirib qaçan şəxs tutulub. Lent.az xəbər verir ki, keçmiş qayınatasının evində 1988-ci il təvəllüdlü Mətanət Muxtarovanın boğazını kəsərək öldürən və daha sonra ərazidən uzaqlaşan Fariz Muxtarov Şəmkir rayonunda yaxalanıb. Onun bu müddət ərzində müxtəlif insanların evində gizləndiyi və son olaraq, babasının evinə getdiyi müəyyən edilib.

 

Qeyd edək ki, F.Muxtarovla keçmiş xanımı arasında alimentə görə münaqişə baş verib.

 

Onların 2 azyaşlı övladı qalıb.

LENT

12 Dekabr 2017

Digər xəbərlər >>>