Sizin link burada

28 yaşında 3-cü məhkumluq: xuliqanlıq, oğurluq və adam bıçaqlama...

 

Xuliqanlıq niyyəti ilə adam bıçaqlamaqda ittiham edilən 1989-cu il təvəllüdlü Şəhriyar Abdulovun cinayət işi üzrə məhkəmə başlayıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Məlum olub ki, Ş.Abdulov daha əvvəl də məhkumluq həyatı yaşayıb. O, 2010-cu ildə xuliqanlığa görə həbs edilib və 3 il cəza çəkib. Daha sonra isə oğurluğa görə pul cəriməsi ödəməli olub.

 

 

Məhkəmə baxışı noyabrın 29-a təyin edilib.

 

Qeyd edək ki, hadisə Abşeron rayonunun Goradil qəsəbəsində baş verib.

 

Qəsəbədəki çayxanalardan birinin qarşısında 1974-cü il təvəllüdlü Məmmədov Zakir Sahib oğlu ilə Abdulov Şəhriyar İntiqam oğlu arasında mübahisə yaranıb. İçkili olan Zakir Məmmədov həmyerlisinə ağır cavab qaytarandan sonra Şəhriyar üzərində gəzdirdiyi bıçaqla ona bir neçə bədən xəsarəti yetirib. Hadisənin söyüş üstündə olduğu bildirilir.

 

Ş.Abdulov Abşeron rayon Polis İdarəsinin əməliyyatçıları tərəfindən saxlanılıb. Şəhriyar Abdulova Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi açılıb.

 

Zərərçəkən şəxs daha əvvəl adam oğurluğuna görə məhkumluq həyatı yaşayıb.

LENT

13 Dekabr 2017
12 Dekabr 2017

Digər xəbərlər >>>