Sizin link burada

Oguzda qanunsuz kömür istehsalçılarına qarşı əməliyyat

Oguzda qanunsuz olaraq ağac kəsib kustar üsulla kömür istehsalı ilə məşğul olan 15 nəfər rayon sakininə qarşı inzibati qaydada protokol tərtib olunub.

Daxili İşlər Nazirliyinin (DİN)  Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Oğuzda qanunsuz ağackəsmə, eləcə də kustar üsulla kömür hazırlayıb, ekologiyaya, təbiətə zərər vurulması hallarına qarşı növbəti əməliyyat tədbiri keçirilib.

 

Noyabrın 20-də keçirilən  tədbirlər nəticəsində isə qanunsuz olaraq kustar üsulla kömür istehsalı ilə məşğul olan 15 rayon sakininə qarşı inzibati qaydada protokollar tərtib olunub, həmin quyuların üstü örtülərək istifadəsinə qadağa qoyulub. 

 

Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik  qaydaları əleyhinə olan inzibati xətalarla bağlı cari ilin on ayı ərzində Oğuz  RPŞ-nin əməkdaşları tərəfindən bir sıra tədbirlər görülüb, bu istiqamətdə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə 66 protokol tərtib olunub.

 

Onlardan 12-si meşə fondundan istifadə, oduncağın tədarük edilib daşınması qaydasının pozulmasına, müvafiq icazə olmadan ağacların və kolların kəsilməsi, məhv edilməsi və zədələnməsinə, 5-i meşə fonduna aid olmayan ağac və kolların kəsilməsinə və ya məhv edilməsinə, 49-u isə meşə fondu torpaqlarının münbit qatının korlanması barədə olub.

Eləcə də Oğuz rayon Polis Şöbəsi  tərəfindən CM-nin qanunsuz ağac kəsmə maddəsi ilə 2 cinayət faktı qeydə alınaraq araşdırma aparılıb və baxılması üçün məhkəməyə göndərilib.

 

Göstərilən istiqamətdə tədbirlər davam etdirilir və gələcəkdə qanunvericiliyin ətraf mühitin mühafizəsi, təbiətdən istifadə, ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan tələblərin pozulması hallarının aşkarlanacağı təqdirdə qayda pozucularına qarşı müvafiq tədbirlər görüləcək. 

LENT

13 Dekabr 2017
12 Dekabr 2017

Digər xəbərlər >>>