Sizin link burada

Cocuq Mərcanlıda hərbi sursat aşkarlandı

Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində partlamamış hərbi sursat aşkarlanıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Lent.az-a verilən xəbərə görə, kənd ərazisində gün ərzində  22 500 kv.m (2.25 ha) ərazi tam təmizlənib, 3 400 kv.m (0.34 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb (cəmi: 25 900 kv.m (2.59 ha)), 1 ədəd partlamamış hərbi sursat (UZRQM) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb. Əməliyyatlarda 45 nəfərlik şəxsi heyət iştirak edir.

 

Cəmi 5 gün ərzində 3 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd F-1 əl qumbarası,             1 ədəd UZRQM partladıcısı və 1 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7)) aşkar edilib,  75 500 kv.m (7.55 ha) ərazi tam təmizlənib, 24 900 kv.m (2.49 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb. (Cəmi: 100 400 kv.m (10.04 ha)).

 

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

LENT

12 Dekabr 2017

Digər xəbərlər >>>