Sizin link burada

Futbol üzrə millinin sabiq üzvü məhkəmə zalından həbs edildi


Bakıda İran vətəndaşına qarşı quldurluq etməkdə təqsirləndirilən Abşeron rayon sakinləri Orxan Atayev, futbolçu Miqdar Məmmədov və Məhərrəm Məhərrəmovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən M.Məhərrəmov  və Orxan Atayevə 8 il azadlıqdan məhrum edilmə cəzası təyin edilib. Ev dustaqlığında olan Miqdar Məmmədov isə 4 il azadlıqdan məhrum edilib. O, məhkəmə zalından həbs edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslərdən Miqdar Məmmədov futbolçudur. 17 yaşlardan ibarət milli komandamızın da şərəfini qoruyub. Bakının “İnter” klubunun üzvü olub.

Hər 3 təqsirləndirilən şəxs kafedə oturub yeyib-içiblər. Daha sonra İran vətəndaşı Murtəza Azər və Bakı şəhər sakini Sədi Məmiyev gənclərdən onları daha yaxşı əylənə, yeyib-içə biləcəkləri bir məkana aparmalarını istəyiblər və bildiriblər ki, onların hesabını da ödəyəcəklər.

Bakıda məkanlardan birinə gələn şəxslər yeyib-içiblər. Hesabın 750 manat olması yeni tanışların xoşuna gəlməyib. İran vətəndaşı bu qədər hesabı ödəməkdən imtina edib və yalnız özünün və tanışının payına düşən pulu ödəyib.

Onlar kafedən birlikdə çıxıblar. Binəqədi rayonunun Fatmayi qəsəbəsinə çatanda onlar mübahisə ediblər. 3 gənc dost Murtəza Azərə və Sədi Məmiyevə zor tətbiq edərək 750 manat pullarını alıblar. 

 

LENT

12 Dekabr 2017
11 Dekabr 2017

Digər xəbərlər >>>