Sizin link burada

FHN yanacaqdoldurma məntəqəsində yanğınla bağlı məlumat yaydı - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Lənkəranda yanacaqdoldurma məntəqəsində baş verən yanğınla bağlı məlumat yayıb.

 

Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Lənkəran rayonunun Separadi kəndində yanacaqdoldurma məntəqəsinin ərazisində həcmi 20 ton olan yeraltı yanacaq çəninin qapağı yanıb. Yanğın bölmələri çatana kimi yanğın söndürülüb. Hadisə zamanı 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və yanğınsöndürənlər hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən xəstəxanaya aparılıb.

 

 Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 

 

 

****

15:25

Lənkəranda yanacaqdoldurma məntəqəsində xəsarət alanların kimliyi məlum olub.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, onlar yanacaqdoldurma məntəqəsinin sahibi Çingiz Allahverdiyev və həmkəndlisi Tərlan Məmmədovdur. Yanıq xəsarəti alan hər iki şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ç. Allahverdiyevin vəziyyətinin ağır olduğu deyilir. Onlar reanimasiya şöbəsindədirlər.

 

Qeyd edək ki, yanacaq dolduran boruda sızma baş verib, bu zaman yanğın olub.

 

 

***

 

15:16

 

Lənkəranda yanacaqdoldurma məntəqəsində yanğın olub.


APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Separadi kəndində Çingiz Allahverdiyevə məxsus yanacaqdoldurma məntəqəsində baş verən hadisə nəticəsində iki nəfər xəsarət alaraq, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri çağırılıb.

 

Yanğın lokallaşdırılıb.

LENT

12 Dekabr 2017

Digər xəbərlər >>>