Sizin link burada

"Amerikanın dərdi başqadır" - Ərdoğan

“ABŞ-ın bölgəmizdə yürütdüyü siyasətin yanlış olduğuna dair narahatlığımızı hər zaman ifadə etmişik”.

 

APA-nın “Haber 7”-yə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan AK partiyasının qrup toplantısında çıxışında deyib.

 

R.T.Ərdoğan ABŞ-ın dərdinin əslində başqa olduğunu qeyd edib: “İŞİD terrorçularını təmizlədiyinizi deyirsiniz, amma silah yüklənmiş avtomobillər hələ də Suriyaya gedir.  Bu, hələ də niyə davam edir? Siz hansı ölkəyə qarşı silahlanırsınız? Dərdiniz başqadır. Nəyin nə olduğunu yaxşı bilirik. Ona görə də lazımı addımlar atacağıq. Kimsə bu ssenarilərin qarşısında Türkiyənin əli-qolu bağlı oturmasını gözləməsin.

 

Suriyada Əsəd rejimi hələ də yerində qalır. Belədirsə, bu qədər qan niyə tökülüb? Demək ki, məsələ terrorla mübarizə, demokratiyanın bərpası, məzlumların hüquqlarının qorunması deyil. Biz qonşularımızın bu cür həmlələrinə biganə qalmayacağıq”.

LENT

13 Dekabr 2017
12 Dekabr 2017

Digər xəbərlər >>>