Sizin link burada

5 nəfərin ölümünə səbəb olan şəxsə hökm oxundu - AZƏRBAYCANDA

 

5 nəfərin ölümü, 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasını törətməkdə təqsirləndirilən Lənkəran sakini Eldar Aslanovun işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın  məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəmədində hakim Asim Hacıyevin sədrliyi ilə keçirilən prosesdə  hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə E. Aslanov 8 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, ötən məhkəmə prosesində dövlət ittihamçısı təqsirləndirilən şəxs E.Aslanova 10 il cəza istəyib.

 

Ötən il sentyabrın 10-da Lənkəran rayonunun Boladi kənd sakini Bəxtiyar Quliyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobil rayonun Parakənd qəsəbə sakini Eldar Aslanovun idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub.

 

Yol-nəqliyyat hadisəsi zamanı "VAZ-2106" markalı avtomobilin sürücüsü, Lənkəran rayonunun Boladi kənd sakini Bəxtiyar Quliyev, sürücünün həyat yoldaşı Əzizə Quliyeva, Boladi kənd sakinləri Bahar Bağırova və Nazilə Seyfullayeva dünyasını dəyişiblər.

 

"Mercedes" markalı avtomobilin sürücüsü, Lənkəran rayonunun Parakənd qəsəbə sakinləri Eldar Aslanov, Elman Ağazadə, Akif Nuriyev, Murad Cəfərli, Elvin Mirzəzadə və rayonun Boladi kənd sakini Reyhan Mahmudova Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

 

Yaralılardan biri - Reyhan Mahmudova həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

 

İstintaq araşdırması zamanı yol-nəqliyyat hadisəsinin törədilməsində sürücü Eldar Aslanov təqsirli bilinərək həbs edilib.

LENT

12 Dekabr 2017
11 Dekabr 2017

Digər xəbərlər >>>