Sizin link burada

Zamiq Hüseynovun konsertində nələr yaşandı ? - FOTOLAR

Ötən gün Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Dövlət Televiziyasının dəstəyi ilə müğənni Zamiq Hüseynovun solo konserti olub. Lent.az-ın məlumatına görə,  Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirilən musiqili gecədə Zamiqi Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik Orkestrı müşayiət edib.

Z.Hüseynovun ilk ifası xalq artisti Rəşid Behbudovun repertuarında yer alan, bəstəkar Tofiq Quliyevin müəllifi olduğu “Neftçi mahnısı” olub. 

Azərbaycan Dövlət Televiziyasının diktoru  Nurlana Cəfərovanın aparıcısı olduğu konsertin irəliləyən dəqiqələrində Zamiq T.Quliyevin yaradıcılığından “Badamlı”, “Qəmgin mahnı”, “Sevgilim” kimi dillər əzbəri olan bəstələri də səsləndirib.

Gecə maraqlı anlarla yadda qalıb. Belə ki, Zamiq Hüseynov, italyan bəstəkar və müğənni Eduardo di Kapuanın yazdığı və dünyaca məşhur tenorların səsləndirdiyi “O sole mio” mahnısını ifa edib.

Bəstəkar mahnılarından ibarət gecədə ifaçı öz repertuarından  “Sən necə də gözəlsən”i oxuyub.

Z.Hüseynov gecə ilə bağlı bunları deyib: “Bu tərzdə konsert vermək mənim uşaqlıq arzum idi. Nəhayət ki, arzumu gerçəkləşdirdim. Bu, çox böyük məsuliyyətdir. Ümid edirəm ki, imza atdığım bu konsertlə gənclərimiz unudulmaz əsərlərimizi dinləyər və sevər. Axı bu, bizim kökümüzdür”.

İfaçı həmkarlarını konsertə dəvət etməməsinə də aydınlıq gətirib: “Həmkarlarımdan və müəllimlərimdən heç kimi dəvət etməmişəm. Çünki həm konsertin, həm də orkestrın həyəcanı var. Bir də zalda əyləşənləri görsəydim həyəcanım daha da artacaqdı. Ona görə də məni düzgün anlasınlar".  

LENT

13 Dekabr 2017
12 Dekabr 2017

Digər xəbərlər >>>