Sizin link burada

Sulu qar, qar yağacaq - SABAH

Noyabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 10-13°, gündüz 13-16°, Bakıda gecə 10-12°, gündüz 13-15° isti olacağı gözlənilir.                               

 

Azərbaycanın qərb rayonlarından başlayaraq arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 5-10°, gündüz 13-17°, dağlarda gecə 1-6°, gündüz 6-10° isti olacağı gözlənilir.

LENT

12 Dekabr 2017
11 Dekabr 2017

Digər xəbərlər >>>