Sizin link burada

Bakıda körpünü sökən şəxs tutuldu - FOTOLENT

 

Sabunçu Rayon Mühafizə İdarəsinin (RMİ) əməkdaşları tərəfindən oğurluq hadisələrinin qarşının vaxtında alınması istiqamətində tədbirlər həyata keçirilib. Lent.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, cari ilin noyabrın 17-də axşam saatlarında Bakı-Aeroport yol qovşağı körpüsünün üstündə bir nəfər yol ötürücüsünün kənarındakı dəmir məhəccərə bəzək üçün quraşdırılan boruları və led işıqları sökərək oğurlamağa cəhd göstərib. Dərhal hadisə yerinə yaxınlaşan orada xidmət aparan Sabunçu RMİ-nin əməkdaşları həmin şəxsi saxlayaraq ərazi üzrə 12-ci Polis Bölməsinə (PB) təhvil veriblər. Araşdırma zamanı saxlanılan şəxsin Zaqatala rayon sakini əvvəllər dəfələrlə məhkum olunan Vüqar Mustafayev olduğu müəyyən edilib. Hadisə yerinə baxış zamanı V.Mustafayevin oğurlamaq üçün kəsdiyi əlvan metaldan hazırlanan borular və led işıqlar, eləcə də digər maddi sübutlar aşkar olunaraq götürülüb.

 

Sabunçu RMİ əməkdaşları tərəfindən daha bir analoji oğurluq hadisəsinin qarşışı vaxtında alınıb. Belə ki, noyabrın 15-də saat 21 radələrində Zabrat körpüsündə xidmət aparan Sabunçu RMİ-nin əməkdaşları körpünün üstündə “VAZ-21011” markalı avtomobilə yaxınlaşaraq nəqliyyat vasitəsinin dayanma səbəbini aydınlaşdırmağa çalışıblar. Bu zaman sürücü avtomobilə minib qaçmağa cəhd göstərən zaman polislərin sayıqlığı və çevikliyi sayəsində maşınla birlikdə saxlanılıb. Nəqliyyat vasitəsinə baxış zamanı Zabrat körpüsündən oğurlanan dəmir məhəccərlər və əlvan metaldan olan əşyalar aşkar olunaraq götürülüb. Sabunçu RPİ-nin 12-ci Polis Bölməsinə təhvil verilən saxlanılan şəxsin Bakı şəhər sakini Şakir Əliyev olduğu müəyyən edilib.

 

Qeyd edilən hər iki faktla bağlı araşdırmalar davam etdirilir.                                                                                                                                                                                                                                                                                          

LENT

13 Dekabr 2017
12 Dekabr 2017

Digər xəbərlər >>>