Sizin link burada

Dərbənddə vandalizm: Nizaminin heykəlinin barmaqlarını sındırdılar, parkı viran qoydular

Dərbənddə yerləşən Nizami parkında vandalizm aktı baş verib.  Yerli jurnalist Telman Tahirlinin Lent.az-a verdiyi məlumata görə, parkda əkilmiş şam ağacları çıxarılıb aparılıb, skamyalar sındırılıb, ətrafa xeyli zibil töküblər.

Bundan başqa şairin heykəlinə də ziyan vurulub. Heykəlin barmaqları sındırılıb.

"Heykəl və park artıq neçənci dəfədir ki belə vandalizmlə üzləşir. İki il əvvəl naməlum şəxslər heykəli yandırmışdılar. Bundan sonra Dağıstan rəhbəri Ramazan Abdulatipovun göstərişiylə heykəl bərpa edildi, park abadlaşdırıldı. Hansısa qüvvələr yenə heykəldən və parkdan əl çəkmirlər. Mən Dərbənd şəhər meriyasına müraciət etmişəm ki, ətrafa müşahidə kameraları quraşdırsınlar. Yoxsa, vandalizm davam edəcək”  deyə Telman Tahirli bildirib.

LENT

12 Dekabr 2017
11 Dekabr 2017

Digər xəbərlər >>>